6 Aprel 2015 16:51
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Facebook”, “Twitter” və “Youtube” sosial şəbəkələrə daxilolmalarda problem yaşanır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokuror Mehmet Səlim Kırazın ölümü ilə bağlı yazılan mesajlarla əlaqədar sözügedən sosial şəbəkələrə daxilolmalarda qadağanın tətbiq edildiyi bildirilir.

TİB-in səhifəsində qadağa barədə hər hansı bir elan yoxdur. “Turkcell Superonline” və TTNET xətti ilə sosial şəbəkələrə daxil olmaq istəyənlər “səhifə açılmır” yazısı ilə qarşılaşır.

Qeyd edək ki, 20 mart və 27 mart tarixlərində də “Twitter” və “YouTube” istifadəçiləri daxilolmalarda problemlərlə qarşılaşmışdı.


Müəllif:

Oxşar xəbərlər