8 Aprel 2015 12:36
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Air France" aviaşirkətinin işçiləri həmkarlar ittifaqının çağırışı ilə iki günlük tətil elan ediblər.

Teleqraf.com reuters.com-a istinadən xəbər verir ki, aksiya iştirakçıları iş şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbini irəli sürüblər. Onlar həmçinin təqaüd yaşının artırılmasına qarşı etirazlarını bildiriblər.

Tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etirazçılar tətili uzun müddət davam etdirəcəklərini açıqlayıblar.

Tətil səbəbindən aviareyslərin 40 faizi ləğv olunub. Rəsmilər ümumilikdə 300-dən çox uçuşun təxirə salındığını və minlərlə sərnişinin hava limanlarında qaldığını qeyd ediblər.

Samir


Müəllif: