Sony tərəfindən çəkilmiş qalmaqallı "The Interview" filminin minlərlə nüsxəsi Şimali Koreyaya göndərilib. Teleqraf.com xəbər verir ki, filmin kasetləri bu ölkəyə hava şarları vasitəsilə ötürülüb.
Bu, sayca dördüncü aksiyadır.
Seth Rogen-in Milli Kəşfiyyat Agentliyinin Şimali Koreya lideri Kim Jong-una qarşı sui-qəsdindən bəhs edən komediya filmi rəsmi Pxenyanı hiddətləndirib. Sony, ilkin olaraq haker və kinoteatrlara hücumlardan ehtiyatlanaraq filmin nümayişini dayandırmışdı.
Lakin sonradan şirkət, fikrin dəyişərək filmin bəzi kinoteatrlarda nümayişinə başlayıb. Şimaldan qaçaraq sığınacaq almış cənab Lee deyib ki, o DVD-ləri ABŞ dollarından ibarət bağlamalar və cənab Kim rejimini tənqid edən vərəqələrlə birgə şarlara bağlayıb.