9 Aprel 2015 08:39
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika realiti-şou ulduzu, fotomodel, aktrisa, stilist Kim Kardashian qızı North və əri - məşhur reper Kanye West-lə - çərşənbə günü Los Ancelesdən Yerevana uçublar, Daily Mail məlumat verir.

Onlarla Kim Kardashian-ın bacısı Kendall da Ermənistana uçur.

Daha əvvəl Us Magazine yazmışdı ki, "Kim Kardashian qohumları ilə "erməni soyqırımı"nın 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində əcdadlarının vətəni – Ermənistana" baş çəkəcək.

Kardashian-ın bacıları Khloe, Kourtney, qardaşı Rob və "Keeping Up With the Kardashians" realiti-şounun çəkiliş qrupu bazar ertəsindən Ermənistan paytaxtındadır. Ermənistanda səkkiz gün ərzində bu şounun yeni epizodunun çəkilişi keçirilməlidir.

Kardashian-lar üçün Yerevanın mərkəzində yerləşən hoteldə iki mərtəbədə nömrələr tutulub.

Kris Jenner-dən doğulmuş Kim, Khloe, Kourtney və Rob Kardashian-ların atası, erməni əsilli amerikalı vəkil Robert Kardashian əcdadları ABŞ-a Türkiyənin Kars vilayətindən mühacirət ediblər.


Müəllif: