“Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançılarının tərəfinə keçən ordu hissələri ölkənin cənub-şərqindəki neft mədənlərinin yerləşdiyi Şabva əyalətinin mərkəzi olan Atak şəhərində nəzarəti ələ alıblar.
Üsyançılar şəhəri yerli əhalidən təşkil olunmuş Abd Rabbo Mənsur Hadinin tərəfdarları - könüllü birləşmələr və sünni qruplaşmaları ilə aparılan ağır döyüşlərdən sonra ələ keçiriblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı müttəfiqlərinin dəstəyi ilə artıq iki həftədir husilərin mövqelərinə hava zərbələri endirir.
Bu arada İranın da Yəmən sahillərinə iki hərbi gəmi–freqat və esmines göndərdiyi bildirilir. Tehran hələ ki, açıq şəkildə hərbi əməliyyatlar aparmaq niyyətində olmasa da, Yəmən şiələrinə siyasi dəstək verdiyini gizlətmir. Lakin regionun digər ölkələri onu husilərə silah çatdırmaqda ittiham edirlər.
/Azərtac/