Türkiyədə müştərilərlə restoran işçiləri arasında kütləvi dava olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Qaziosmanpaşada yerləşən bir restoranda baş verib.
Polisin məlumatına görə, müştərilər yeyib-içdikdən sonra hesabı istəyiblər. Ofisiantın gətirdiyi hesabın çox olduğunu deyən qonaqlar ilə işçilər arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə silahlı-bıçaqlı davaya çevrilib.
Hadisə sonrası, Orxan Taştekin, Cövdət Şit, Veysi Atəş, Abdullah Dağdana, Rasim Oktar və adı müəyyən edilməyən 2 nəfər yaralanıb.
Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.
Rüstəm