10 Aprel 2015 15:25
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə ölkənin iri şəhərlərində hökumət əleyhinə kütləvi nümayişlər keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təkcə Parisdə keçirilən aksiyada 120 min nəfər iştirak edib. Ümumilikdə ölkə boyu nümayişlərə 300 mindən çox aksiyaçının qoşulduğu bildirilib. Onlar prezident Fransua Ollandın yürütdüyü sərt qənaət siyasətindən narazılığını ifadə ediblər. Aksiyaçılar prezidentin büdcə kəsrinin azaldılması və iqtisadi artımın sürətlənməsinə yönəldilmiş siyasətinə qarşı çıxıblar.

Avropa İttifaqının tələbi ilə Fransa hökuməti 2017-ci ilin sonunadək büdcə xərclərini 50 milyard avro azaltmağı öhdəsinə götürüb.

Etirazçıların sözlərinə görə, sözügedən iqtisadi tədbirlər sosial xərclər hesabına həyata keçirilir. Onların fikrincə hazırkı siyasət iqtisadiyyata mənfi təsir göstərir.

Nümayişlərə təhsil sektorunun işçiləri və tələbələr də qoşulub.

Samir


Müəllif:

Oxşar xəbərlər