12 Aprel 2015 17:53
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarında Klivlend heyvanxanasında dəhşət dolu anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, iki yaşlı uşaq gepardın olduğu volyerə düşüb. Bu haqda zoopark əməkdaşları özləri bildiriblər. Lakin uşağın valideynləri təcili tibbi yardım gələnə qədər körpəni hasara alınmış meydançadan çıxara biliblər. Məlumatda həmçinin bildirilib ki, gepardın uşağa hücum etmək niyyəti yox imiş.

Volyerdən çıxarılan uşaq təcili tibbi yardım gələndən sonra xəstəxanaya aparılıb. Bildirilib ki, uşaq yıxılan zaman ayağı zədələnib. Körpə müayinədən və ilkin tibbi yardım alandan sonra növbəti gün evinə buraxılıb.

Qeyd edək ki, bir neçə il əvvəl də bunabənzər hadisə baş vermişdi. Qorillaların volyerinə yıxılan uşaq zədələrdə huşunu itirmiş, xilasedicilərin və zoopark işçilərinin köməyilə xilas edilmişdi. Zooparkdakılardan biri isə həmin hadisəni videoya çəkərək paylaşmışdı.


Müəllif:

Oxşar xəbərlər