13 Aprel 2015 14:53
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ohaya ştatının Klivlend şəhərində dəhşətli olay baş verib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, evdə tək olduğu ehtimal edilən 3 yaşlı uşaq yataq otağında gizlədilən tapançanı taparaq, 1 yaşlı qardaşını güllələyib. Hadisədən sonra xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər azyaşlının başından vurulduğunu açıqlayıblar.

Faktla bağlı araşdırmalara başlayan polis 3 yaşlı uşağın silahı necə tapdığını və evdə valideynlərin olub-olmadığını araşdırır.

Qonşuların sözlərinə görə, bu evdə ana və 3 uşağı qalıb. Hadisənin təfərrüatları açıqlanmır.

Samir


Müəllif:

Oxşar xəbərlər