13 Aprel 2015 19:23
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran qonşu Əfqanıstan və Pakistanla terroçuluğa qarşı birgə əməliyyatlarda iştiraka hazır olduğunu bəyan edib.

Bunu aprelin 13-də Tehranda jurnalistlərə İranın daxili işlər naziri Abdolreza Rahmani Fazli bildirib.

Fazli deyib ki, hərcənd Tehran təhlükəsizliklə bağlı elə bir ciddi problemlə üzləşməyib,amma qonşu sərhədlərdə nəzarət olmadığından bəzi hallarda təxribatlara məruz qalıb.

Silahlı qruplar son bir neçə ay ərzində Əfqanıstan və Pakistanla sərhədd bölgəsində İran hərbçilərinə bir neçə dəfə hücum ediblər.

Jaish al-Adl qrupu aprelin 7-də Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində 8 sərhədçini qətlə yetiriblər.


Müəllif:

Oxşar xəbərlər