14 Aprel 2015 20:22
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam və mühacirlərə qarşı çıxan “Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGIDA) hərəkatının Almaniyanın Drezden şəhərində təşkil etdiyi aksiya fiaskoya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hollandiyalı sağçı Girt Vildersin də dəstək üçün gəldiyi aksiyaya 30 min nəfərin iştirak edəcəyi açıqlandığı halda, cəmi 5 min nəfər qatılıb.

Vilders çıxışında Avropanın islamlaşmaması üçün daim birlikdə hərəkət edilməsinin lazım olduğunu bildirib.

İslam dini və Quran-ı Kərim barədə tənqidi ifadələr işlədən Vilders PEGIDA aksiyasında iştirak edənlərin əsl vətənpərvər olduqlarını vurğulayıb.

Almaniya kansleri Angela Merkelin ''İslam Almaniyaya aiddir'' ifadəsini də tənqid edən Vilders ancaq assimilyasiya olmuş mühacirlərin Avropa cəmiyyətində yerinin olduğunu qeyd edib.

Bu arada şəhərin digər meydanında PEGİDA əleyhidarları da aksiya keçiriblər. Etiraz nümayişləri ilə əlaqədar asayişi qorumaq üçün şəhərə əlavə polis qüvvələri cəlb edilib. Yayılan məlumatlara görə, aksiyalar zamanı polislə bəzi nümayişçilər arasında insidentlər yaşanıb. Polis 20-ə yaxın etirazçının saxlanıldığını bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər