17 Aprel 2015 20:28
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevin mərkəzi küçələrində erməni diasporu tərəfindən “erməni soyqırımı”nın 100 illiyinin anma mərasimi ilə bağlı afişalar vurulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əsas afişaların Kontraktova, Avropa meydanlarında, Taras Şevçenko prospektində, hava limanı yolunda yerləşdirildiyi bildirilib.

Digər tərəfdən erməni diasporu 1915-ci il hadisələri ilə bağlı qanun layihəsini yenidən Ukrayna parlamentinə təqdim edib. Layihə bu dəfə müstəqil deputat Vitaliy Barvinenko hazırlanıb.

Qanun layihəsi Xarici İşlər, Mədəniyyət və Mənəviyyat, İnsan Haqları, Milli Azlıqlar və Millətlərarası Münasibətlər komitələrində baxılacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər