18 Aprel 2015 01:19
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan borclarını ödəməsinin təxirə salınacağına ümid etməsin”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, BVF son 30 ildə belə bir qərar verməyib. Ona görə də, Yunanıstanın təxirə salma ilə bağlı şikayəti Beynəlxalq Valyuta Fondu tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, son günlər Avropa mətbuatında yayılan xəbərlərdə Yunanıstanın BVF-dən may ayında fonda ediləsi ödəməni təxirə salmaq barədə xahiş etdiyi bildirilib.

Samir


Müəllif: