19 Aprel 2015 15:26
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin Taiz şəhərində üsyançılara qarşı hava hücumları həyata keçirib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı İbb şəhərində Taizdəki Husilərə yardım aparan karvanın da məhv edildiyi açıqlanıb. Husilər isə buna cavab olaraq, hökumət qüvvələrinin nəzarət etdiyi ərazilərə zenit raketlərdən atəş açıb.

Döyüşlərdə ölən və ya yaralananlarla bağlı hələlik məlumat verilməyib.

Samir


Müəllif: