İraq ordusu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarətində olan Ramadi şəhərini azad edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, təhlükəsizlik qüvvələri şəhərin İŞİD-in nəzarətin olan son bölgələrini – Eş-Şərikə və Əs-Sirə məhəllərini azad edib.
Yayılan məlumatlarda böyük itkilər verən terrorçular qızğın döyüşlər zamanı geri çəkilməyə məcbur olub.
Samir