Nepalda son 80 il ərzində ən güclü zəlzələnin baş verməsindən sonra bir milyona qədər uşağın təcili köməyə ehtiyacı var.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) bəyanatında deyilib. UNİCEF nümayəndələrinin sözlərinə görə, təbii fəlakət nəticəsində 2500-dən çox insanın həlak olduğu Nepal kəskin içməli su və qida məhsulları çatışmazlığı ilə üzləşib.
Ölkədə telekommunikasiya sistemləri sıradan çıxıb, elektrik təchizatı yoxdur: “Artıq ikinci sutkadır ki, yüzlərlə insan yeni təkanlardan ehtiyat edərək küçələrdə yaşayır. Onsuz da kritik olan vəziyyəti güclü leysanlar daha da ağırlaşdırıb. Bu şəraitdə uşaqların vəziyyəti xüsusilə həssasdır”.
Qonşu Hindistan və Çin də daxil olmaqla bir çox ölkə Nepala xilasedicilər və humanitar yardım göndərib.
Samir