1 May 2015 00:30
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin hərbi mübadilə planına uyğun olaraq mayın ortalarında Aralıq dənizində birgə hərbi təlimlər keçirəcək.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Qen Yanışen bildirib.


“Tərəflər təlimlərə, ümumilikdə, 9 gəmi cəlb edəcək. Çin tərəfi təlimlərə hazırda Aden körfəzi və Somali sahilləri yaxınlığında 19-cu konvoyun tərkibində xidmət çəkən “Linyi”, “Veyfan” və “Veyşanxu” gəmilərini göndərəcək”, deyə Yanşen qeyd edib.


Onun sözlərinə görə, təlimlərin məqsədi Çin-Rusiya dövlətlərarası praktiki əməkdaşlığının inkişafı, iki ölkə donanmasının dənizdə yaranacaq təhlükələrə birgə reaksiya imkanlarının gücləndirilməsidir.


Təlimlər zamanı dənizdə müdafiə tədbirləri, gəmilərin müşayiət etdirilməsi, dəniz daşımalarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə tədbirlər və silahların praktiki istifadəsi kimi manevrlər keçiriləcək.


“Birgə təlimlər üçüncü tərəfə qarşı yönəldilməyib və onların regiondakı vəziyyətlə heç bir əlaqəsi yoxdur”, deyə Yanşen qeyd edib.


Müəllif:

Oxşar xəbərlər