HƏMAS-ın Qəzzadakı təhlükəsizlik qüvvələrinin qərargahı önündə partlayış baş verib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.
Partlayışdan sonra məlumat yayan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı hökuməti 72 saat ərzində həbsdə olan azad etməyə çağırıb. Terrorçular əks halda bölgədə dəhşətli partlayışların baş verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Qəzza rəhbərliyi aprel ayında İŞİD-ə dəstək verməkdə ittiham olunan sələfi liderlərini həbs edib.
Samir