6 May 2015 08:18
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada uzaq səfərlərə çıxan hər üç qatardan yalnız biri fəaliyyət göstərir, elektrik qatarları isə, ümumiyyətlə işləmir. Həmkarlar ittifaqının çağırışı ilə keçirilən aksiyanın iştirakçıları maaşların 5 faiz qaldırılmasını, iş həftəsinin azaldılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Ölkədə ən uzun - yeddi gün sürən tətillərin qurbanları həmişəki kimi, yenə də sərnişinlərdir. Rəhbərliklə danışıqlarda mübahisə doğuran əsas məsələ nəinki maşinistlərlə, həmçinin digər əməkdaşlarla, əsasən də bələdçilərlə yeni əmək müqavilələrinin imzalanması tələbləri olub. Hazırda danışıqlar dayandırılıb.

İlkin hesablamalara görə, dəmiryolçuların tətilləri ölkə iqtisadiyyatına 556 milyon avro zərər vuracaq.


Müəllif:

Oxşar xəbərlər