6 May 2015 09:19
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının liderləri barədə informasiyaya görə 20 milyon dollar mükafat elan edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Vaşinqton İraqda İŞİD rəhbərlərindən biri olan Abd Rəhman Mustafa Kaduli barədə məlumatlar müqabilində 7 milyon, Suriyanın şimalında fəaliyyət göstərən Umar əş-Şişani kimi tanınan keçmiş gürcü hərbçisi Tarxan Batiraşvili barədə informasiyaya görə 5 milyon dollar, qruplaşmanın rəsmi "mətbuat katibi" Əbu Muhammad Adnani barədə məlumat müqabilində də eyni məbləği ödəməyə hazırdır.

Bundan başqa ABŞ Suriya-Türkiyə sərhədində fəaliyyət göstərən terrorçulara rəhbərlik edən Tarik ben Tahar ben Falih Avani Harzi barədə informasiyaya görə 3 milyon dollar ödəyəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər