6 May 2015 14:17
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatı ilə Kuba arasında son 50 ildə ilk dəfə olaraq bərə nəqliyyat vasitəsi işə düşəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bərə nəqliyyatı bu ilin sentyabr ayında işə düşə bilər. Bərə vasitəsilə iki ölkə arasında sərnişin və yük daşımalarının həyata keçiriləcəyi nəzərdə tutulub.

2014-cü ilin dekabr ayında Vaşinqton Havana ilə diplomatik münasibətlərin bərpa olunmasını elan edib. Embarqo qaldırılandan sonra dörd şirkət bərə daşımalarına lisenziya aldıqlarını bildirib.

Qeyd edək ki, iki dövlət arasında bərə əlaqəsi ticarət embarqosuna görə 1960-cı ildə kəsilib.

Samir


Müəllif:

Oxşar xəbərlər