Ermənistan prezidenti Serj Sarkisyan mayın 8-də Avrasiya Ali İqtisadi Şurasının iclasında və mayın 9-da Birinci Dünya Müharibəsinin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya Vaşinqtondan gedəcək.
Mayın 7-si axşamı Serj Sarkisyan Vaşinqton Kafedral Kilsəsində “erməni soyqırımı qurbanlarının xatirəsinə” ekumenik ibadətdə iştirak edəcək və nitqlə çıxış edəcək. İbadətdə Amerikanın erməni icmasının nümayəndələri, minlərlə ABŞ vətəndaşı və yüksək vəzifəli şəxslərin iştirak edəcəyi bildirilir.
Amerikanın Səsinin məlumatına görə, ibadətdə ABŞ vitse-prezidenti Joe Biden-in də iştirak edəcək. Ermənistan prezident aparatı mətbuat xidmətinin məlumatına görə, Serj Sarkisyanın səfəri əsnasında Ermənistanla ABŞ arasında “Ticarət və investisiyalar haqqında” saziş imzalanacağı nəzərdə tutulur.