Baş ağrılarından şikayət edən 19 yaşlı qız öldükdən sonra ortaya çıxan səbəb hamını dəhşətə salıb.
Gallerinin (Galleri Britaniyada Birləşmiş Krallığın tərkibində olan dörd ölkədən biridir) Llanelli şəhərində gənc yaşında dünyasını dəyişən Samanta Lusin valideyinləri qızlarının ölüm səbəbini araşdırmaq üçün meyitin yarılmasını tələb ediblər.
Svans Kral Məhkəməsi tələbi razılıqla qarşılayıblar. Mərhumun mədəsindən çıxan saqqızdan ibarət iri kütlə görənləri dəhşətə gətirib. İslaminsesi.org-un İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, həkimlər gənc qızın ölüm səbəbini saqqız kütləsində görüblər.
Mədədə toplanmış saqqız kütləsi bədəninin əhəmiyyətli mineral və vitaminləri udmasının qarşısını alaraq Samantanın ölümünə səbəb olub.
İstintaqa ifadə verən patoloq Dr. Paul Griffiths, gənc qızın duz, maqnezium və kalsium çatışmazlığı səbəbindən beynində yaranan şiş nəticəsində öldüyünü müəyyən etdiklərini deyib və “Luisin saqqızı çox çeynəməsinin bu vəziyyətə düşməsində böyük rol oynadığını” bildirib.