Serbiya ərazisində "Türk axını" kəmərinin tikintisininin davam etdirilməsi mümkün deyil.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Tomislav Nikoliç deyib. Onun sözlərinə görə, Belqrad bu istiqamətdən qaz almaq niyyətində deyil.
O qeyd edib ki, Rusiyanın "Cənub axını" layihəsinin reallaşdırılmasından imtina etməsi Serbiyanın enerji təhlükəsizliyi üçün problem ola bilər: “Serbiya “Cənub axını” ilə Avropa Birliyinə qaz tədarükündə yardım göstərməli idi. Razılaşmaya əsasən, Moskva kredit əsasında Serbiya ərazisində "Cənub axınının" tikintisini maliyyələşdirəcək, Belqrad isə qaz tranzitindən əldə etdiyi gəlirləri ilə yaranmış kredit borcunu ödəyəcək”.
Samir