10 May 2015 23:25
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə husilər humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib.

ANS PRESS-in məlumatına görə, atəşkəs 2 gündən sonra qüvvəyə minəcək.

Qrupun bəyanatı Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin sabiq prezident Əli Abdulla Salehin iqamətgahını bombalamasından sonra səslənib.

Salehin evdə olmadığı təxmin edilir. Televiziya ilə hadisədən sonra onun evinin dağıntıları yanında durduğu nümayiş etdirilib.

Mart ayından bəri Yəməndə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub. Münaqişə ölkədə böyük humanitar böhran yaradıb.

ABŞ dövlət katibi hutilərin tərəfdarlarını atəşkəsi qəbul etməyə çağırıb.


Müəllif:

Oxşar xəbərlər