Yunanıstanın paytaxtı Afinada ölkənin xarici borclarının silinməsini istəyən nümayişçilər Avropa Birliyinin bürosuna hücum edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şəhər mərkəzindəki Stadiyu küçəsində toplaşan “Borcun Silinməsi Hərəkatı”nın 500-ə yaxın üzvü Vasilisis Sofias küçəsindəki Avropa Birliyinin mərkəz bürosuna qədər yürüş təşkil edib. Onlar büronun binasına rəngli boya ilə hücum edib və Avropa Birliyi əleyhinə şüarlar səsləndiriblər.
Polis hadisə zamanı 20-yə yaxın fəlın saxlanıldığını açıqlayıb.
Bu arada Avrozona Yunanıstanın kredit borclarının silinməsi tələbini rədd edib. Bunu Yunanıstanın maliyyə naziri Yanis Varoufakis açıqlayıb. Onun sözlərinə görə, Yunanıstan bir neçə həftə ərzində pulsuz qalacaq.
Samir