13 May 2015 12:18
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da insan hüquqları ilə bağlı vəziyyət acınacaqlı hal alıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı BMT-nin yaydığı bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, BMT-yə üzv dövlətlər ABŞ-ın Baltimor, Ferqusson və digər şəhərlərində polis özbaşınalığını, irqçilik və ksenofobiyanın artmasını ciddi narazılıqla qarşılayıb. Ölkədə fərdi məlumatların, telefon danışıqlarının izlənməsi kütləvi hal alıb.

Bundan başqa, BMT terrorizmlə mübarizə adı altında ABŞ-da insan hüquqlarının pozulmasını pisləyib: “Rəsmi Vaşinqton ötən onillikdə Quantanamo həbsxanasının bağlanması ilə bağlı vədlər verib. Ancaq buna baxmayaraq, hələ də bu ölkədə məhkəmə və istintaq olmadan məhbuslar müəyyən təzyiqlərə məruz qalır, öldürülür”.

Digər məsələ isə ABŞ-da azyaşlıların hüquqlarının kəskin şəkildə pozulması olub. Bəyanatda qeyd edilib ki, Vaşinqton indiyədək uşaq hüquqları haqqında konvensiyaya qoşulmayıb.

BMT ABŞ-ı dərhal Quantanamodakı həbsxananı bağlamağa, baş verən hüquq pozuntularının təhqiqatını aparmağa, ölkədə ölüm hökmünü ləğv etməyə və polis özbaşnalığına son qoymağa çağırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər