İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl Bağdadinin səs yazısı yayımlanıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, ekspertlər ötən ay ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava hücumlarında ağır yaralandığı, hətta öldüyü iddia eidlən Bağdadinin səs yazının həqiqət olub-olmadığını araşdırırlar. Onlar səs yazısının yaxın günlərdə qeydə alınması ilə bağlı fikirlər irəli sürüblər.
Yazıda Bağdadi bütün müsəlmanları cihada çağırıb və onların İslama qarşı çıxanlarla müharibəyə hazır olmasını istəyib.
Samir