Türkiyədə 51 yaşlı ibtidai sinif müəllimi 10 yaşlı şagirdi ilə evlənmək istəyədiyinə görə həbs edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 4-cü sinifdə oxuyan şagirdin ailəsinin Milli Təhsil İdarəsinə müraciətindən sonra məlum olub. Üç uşaq atası olan müəllim İ.K. haqqında araşdırma aparılıb. Təhsil Nazirliyinin müfəttişinin hesabatı əsasında müəllim iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra başqa bir məktəbə təyin edilib.
İddiaya görə, bir müddət sonra müəllim qız tələbəsinin atasına zəng vurub. O, yuxusunda 10 yaşlı qızla evləndiyini gördüyünü və Balıkesirə gəlib onu almaq istədiyini söyləyib.
Vəziyyəti polisə bildirən ata, müəllimi Balıkesir dəvət edib. Qızla evlənmək üçün gələn İ.K həbs edilib.
Psixiatr Dr Bəkir olanları belə şərh edib:
"Müəllimin müalicə edilməsi lazım olarkən onu başqa bir məktəbə göndəriblər. Müəllimin həbsxana əvəzinə prxisiatriyaya göndərməlidir. Çünki psixoloji problemi olduğu üçün etdiyi cinayətin fərqində deyil və etdiyi hərəkətin yanlışlığını ayırd edə bilmir."
Qeyd edək ki, 51 yaşlı İ.K evlidir və üç uşağı var.
Rüstəm