Pakistan prezidenti Məmnun Hüseynin oğluna sui-qəsd təşkil edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bəlucistən əyalətində baş verib.
Polisdən bildirilib ki, prezidentin oğlu Talat Məmnunu aparan avtomobilin keçdiyi yolda parltayış baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb. Talatın isə hadisədən xəsarətsiz xilas olduğu açıqlanıb.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Samir