19 İyun 2015 08:56
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Сənubi Koreyada MERS (Yaxın Şərq Respirator Sindromu) koronovirusundan ölənlərin sayı 24-ə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölümcül xəstəliyə yoluxanların sayı 166 nəfərə qədər artıb.

MERS daşıyıcıları ilə təmasda olan 6 700 nəfər karantin altında saxlanılır.

Bildirilir ki, zəifləmiş immun sistemi, xroniki ağciyər xəstəlikləri, şəkərli diabet və böyrək çatışmazlığı olan insanlar arasında xəstəliyə tutulma riski daha çoxdur.

Qeyd edək ki, bir çox həkimlərin Ebola virusundan da təhlükəli hesab etdiyi MERS koronovirusuna qarşı vaksin yoxdur.


Müəllif: