23 İyun 2015 10:48
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Aralıq dənizi sahillərində göyərtəsində Yunanıstana qeyri-qanuni keçmək istəyən suriyalı mühacirlər olan gəmi batıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub. Türkiyə Sahil Mühafizə Qüvvələri 65 nəfəri xilas edə bilib.

Xatırladaq ki, son bir ay ərzində Türkiyədə qeyri-qanuni yolla Yunanıstana keçmək istəyən 160 miqrant saxlanılıb.


Müəllif: