27 İyun 2015 12:05
3 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həyat yoldaşından boşanan oğlan əsəb gərginliyi keçirərək keçmiş xanımı və 4 qohumunu öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı H.N 15 gün əvvəl 20 yaşlı həyat yoldaşı Şərifədən boşanıb. Hadisə baş verən gün isə Şərifə ilə danışmaq üçün onlara gedib. Uşağını ona göstərmədikləri üçün mübahisə edib. Daha sonra özü ilə gətirdiyi ov tüfəngilə Şərifəni, qayınanasını, 2 baldızı və qayınanasının qardaş oğlunu öldürüb.

H.N hadisədən sonra polisə təslim olub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.


Müəllif:

Oxşar xəbərlər