29 İyun 2015 08:05
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Qurani-Kərim qarisinin 130 il bundan əvvələ aid olan qədim səs yazısı tapılıb.

Müqəddəs Kəbədə ayələri oxuyan naməlum qarinin səsi fonoqrafla 1885-ci ildə yazılıb.

Audioyazı həmin il Niderland hökumətinin təqaüdü ilə Məkkəyə gələn islamşünas Kristian Snuk Qürxonya tərəfindən qeydə alınıb.

İslam dinini qəbul etməsi ehtimalı olunan şərqşünasın Əbdül Qaffar adı ilə də tanınması istisna edilmir.

Beş ay müqəddəs şəhərdə qaldığı bildirilən alim burada bir sıra çəkilişlər edib, müxtəlif audioyazıların qeydiyyatını aparıb.

Xatırladaq ki, 1877-ci il noyabrın 21-də Tomas Edison tərəfindən yaradılmış ilk fonoqraf cihazı səs yazısı aparatıdır. Aparat səsi yazarkən fırlanan barabanın üzərindəki silindrik formalı spiral da açılır ki, bu da nəzərdə tutulan səs yazılarını asanlıqla qeydiyyata ala bilir.


Müəllif:

Oxşar xəbərlər