Elektrik enerjisi tariflərinin artırılmasına etiraz edən nümayişçilər bu gün axşam saatlarında İrəvanın mərkəzi küçələrində yürüş keçirmək istəyirlər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu etiraz aksiyasının təşkilatçıları deyiblər.
Nümayişçilər yürüşdən sonra Baqramyan prospektinə qayıdaraq məqsədlərinə nail olanadək orada qalacaqlar.
Təşkilatçıların bəyanatında deyilir: "Biz yalnız elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğv edilməsini istəyirik".