İndoneziyada qəzaya uğrayan təyyarənin ölkənin hava qüvvələrinə məxsus Hercules C-130 tipli olduğu aydınlaşıb.
Eləcə də, təyyarədə qəza zamanı 12 ekipaj üzvü və 113 hərbçi olduğu aydınlaşıb.
İlk məlumatlara görə, havaya qalxdıqdan bir müddət sonra təyyarədə yaranan nasazlıq səbəbindən pilotlara qayıtmaq əmri verilib.
12:07
İndoneziyada hərbi personalı daşıyan təyyarə Medan şəhərində yaşayış evinə çırpılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı məlum deyil. Rəsmilər hadisə yerində hələ ki 30 cəsədin aşkar edildiyini bildiriblər. Təyyarədə neçə nəfərin olması ilə bağlı məlumat yoxdur.
Qəzanın dəqiq səbəbləri məlum deyil. Hadisə yerində axtarışlar davam edir. Təyyarənin Medalın hava qüvvələri bazasından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğradığı aydınlaşıb.
Samir