Yaponiyanın Ofunato şəhərində ucaldılmış mədəniyyət mərkəzi daha çox qalanı xatırladır.
Binaya orijinal forma verən Yaponiyanın "Chiaki Arai Urban and Architecture Design" memarlıq şirkətinin mütəxəssisləridirlər.
Sahəsi 5250 kvadrat metr olan mərkəzdə 1100 nəfərlik zal, kitabxana, atelye, kafe yerləşir. Binaya daxil olan hər bir kəs özünü sanki mağarada hiss edir. Buna səbəb həm də buranın təbii işıqlandırılmasıdır. Maraqlıdır ki, mədəniyyət mərkəzinin layihəsi ilə bağlı detalları müzakirə etmək üçün memarlar sakinlər və şəhər administrasiyasının nümayəndələri ilə 50 dəfədən çox görüşüblər.
Kompleksi hər ay 20 min nəfər ziyarət edir.