Rusiyaya qətiyyətli cavab verilməsə, onun suveren dövlətlərə qarşı işğalçılığı davam edəcək.
Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli İsveçrə nəşrinə müsahibəsində bildirib.
“Sivil dünya 2008-ci ilin səhvini Ukraynada təkrarlamamalıdır, nə vaxt ki, Gürcüstan kömək istəsə də onu axır ki, ala bilmədi” – deyib müdafiə naziri. “Təkcə mən – müdafiə naziri deyil, gürcülərin hamısı Rusiyanın Ukraynada apardığı müharibə sarıdan narahatdır” – qeyd edib gürcü nazir.
O, Gürcüstanın hələ də Rusiya ilə müharibə vəziyyətində olduğunu xatırladıb. “Döyüşlər getməsə hər gün Rusiyanın işğal elədiyi Abxaziya və Cənubi Osetiyada insanlar itkin düşür. Hazırda Cənubi Osetiya Rusiya silahlı qüvvələrinin hərbi bazasına və Gürcüstanı bir neçə saat ərzində işğal eləmək üçün plasdarma çevrilib” - əlavə edib Xidaşeli.