İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Suriyanın Ayn-İsa şəhərini yenidən ələ keçirib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat verib. Bildirilir ki, şəhər iki həftə əvvəl kürd qoşunları tərəfindən azad edilib. Bu gün səhər saatlarından terrorçular yenidən şəhər hücum edib və kürd qüvvələri geri çəkilmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Ayn-İsa şəhəri Rakkadan 30 kilometr şimalda yerləşir.
Samir