Tunis hakimiyyəti Liviya ilə sərhəddə divar tikintisinə başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Liviyadan bu ölkəyə gələn İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı təhlükəsidir. Bununla bağlı Tunisin baş naziri Həbib Essid açıqlama verib. Onun sözlərinə görə, Sus şəhərindəki terror aktından sonra belə bir qərar qəbul edilib.
Divarın uzunluğu 168 kilomer təşkil edəcək və onun tikintisi 2015-ci ilin sonuna başa çatdırılacaq.
Nazir bununla terrorçuların ölkəyə girişinin qarşısının alınacağını deyib.
Samir