26 May 2014 22:20
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, seçicilərin 58,21% səsini toplayıb

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski mayın 25-də keçirilmiş prezident seçkilərinin ikinci turuna ehtiyac olmadığını bildirib.

Teleqraf.com bildirir ki, Ukrayna MSK səsvermə protokollarının 85%-ni hesablayıb.

Səsvermənin nəticəsinə görə Petro Poroşenko seçicilərin 58,21% səslərini toplayaraq prezident seçilib.

Sabiq baş nazir Yuliya Timoşenko - 13,05%, Radikal partiyasının rəhbəri Oleq Lyaşko 8,44% səs toplayıblar.

Dördüncü və beşinci yerləri Anatoli Qritsenko (5,41%) və Sergey Tiqipko (5,28%) tutublar.

Oxendovski seçkilərdə iştirak etmiş namizədlər tərəfindən MSK-ya şikayət və qanun pozuntusu haqda məlumat daxil olmadığını bildirib./anspress/


Müəllif: