Türkiyə polisinin İstanbulda keçirdiyi genişmiqyaslı antiterror əməliyyatı nəticəsində 32 nəfər həbs edilib. Ələ keçirilmiş dəstə üzvləri son bir ayda törədilən qəsdən adamöldürmə cinayətlərində, terror aktlarının təşkilində və həyata keçirilməsində, silahlı hücumlar hazırlamaqda və digər qanunsuz fəaliyyətlərdə təqsirli bilinirlər.
Türkiyə KİV-in məlumatına görə, həbs olunanlar Kürd Fəhlə Partiyasının (PKK) üzvləridir. Əməliyyat keçirilən ünvanlardan xeyli sayda silah-sursat, o cümlədən əldəqayırma partlayıcılar, maskalar və digər qadağan olunmuş vasitələr götürülüb.