11 İyul 2015 13:37
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Detroyt şəhərində pasienti şikəst edən Farid Fata adlı həkim-onkoloq 45 il azadlıqdan məhrum edilib .

Farid Fata pasientinə təyinatı üzrə olmayan müalicə kursu yazaraq, onu şikəst edib.

Məlumata görə, həkim sığorta şirkətindən pul çəkmək məqsədi ilə dələduzluq sxemi hazırlayıbmış. Bu yolla o, şirkətlərdən milyonlarla dollar çəkə bilib.

F.Fata məhkəmədə günahını etiraf edib: "İstedadımdan sui-istifadə edərək, tamahkarklıq elədim, günaha batdım. Hakimiyyət hərisliyimlə özümü məhv etdim".

O, dələduzluq və ötən il törətdiyi başqa cinayətlərlə bağlı günhanlarını boynuna alıb.
Sığorta şirkətləri il birlikdə dövlət bu cinayətdən 533 zərərçəkənin olduğunu müəyyənləşdirib. Həmin sistemdən dövlət və özəl sığorta şirkətləri xəstələrin müalicəsinə 17 milyon dollar xərcləyiblər.

F.Fatanın "Miçiqanın hematologiya və onkologiyası" klinakasının Detroytdə 7 filialı fəaliyyət göstərirmiş. Həmin klinkalarda xərçəng xəstəliyinin müəyyən edilməsi testi keçirilirmiş. Məhkəmədə çıxış edən Harvard Tibb Məkətəbinin mütəxəssisləri bir neçə xəstənin aidiyyəti üzrə sənədini çətinliklə tapa biliblər.

Qeyd edək ki, federal prokuror Ketrin Dik həkimin 175 il azadlıqda məhrum edilməsini istəyib.

report.az


Müəllif:

Oxşar xəbərlər