18 İyul 2015 01:44
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qahirədə "Müsəlman qardaşları" təşkilatı tərəfdarlarının polislə toqquşması zamanı altı nəfər həlak olub, ən azı üç nəfər isə yaralanıb. Bu barədə məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb.

İğtişaşlar Misirin paytaxtının Qizə rayonunda cümə namazından sonra baş verib. Radikal qruplaşmalar sabitliyi pozmaq məqsədilə silsilə təxribatlar törətmək istəyiblər, lakin polis buna imkan verməyib. Nəticədə "Müsəlman qardaşları”nın 15 nəfər tərəfdarı polis tərəfindən saxlanılıb.

Bu gün keçmiş prezident Məhəmməd Mursinin tərəfdarları olan paytaxt tələbələri də icazəsiz yürüş keçirməyə cəhd göstərsələr də, polis tərəfindən qarşısı dərhal alınıb.


Müəllif:

Oxşar xəbərlər