Ukraynanın Karpat bölgəsində hərbçilər Yavirnik dağını mühasirəyə alır. Burada "Sağ sektor" ekstremistlərinin gizləndiyi güman edilir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə TASS "Zakarpatye onlayn"a istinadən xəbər yayıb.
"Müqəddəs Nikolay yunan-katolik monastrı yaxınlığında 3 sirehli "Kuquar" maşını yerləşdirilib. Daha iki "Kuquar" Mirça kəndindədir. Bundan başqa daha iki vertolyotdan xeyli hərbçi Çernoqolovoy rayonuna atılıb. Manevrlərdən aydın olur ki, onlar Yavirnik dağını mühasirəyə alır", - xəbərdə deyilir.
Bu xəbəri "Donbass" taborunun çavuşu Yevgeni Şevçenko da təsdiq edib. O, Facebook-da yazıb: "Karpat ətrafında "Sağ sektor"un gizlənən üzvlərinin neytrallaşdırılması üçün əməliyyat həyata keçirilir. Həmin döyüşçülər hazırda Zabridə doğru hərəkət edir. Vertolyotlar havaya qaldırılıb. Milli Qvardiyanın əlavə qüvvələri bölgəyə göndərilib. Mühasirəni daraltmağa çalışırlar".
Nihad