Yunanıstanın baş naziri Aleksis Tsiprasın anası oğlu haqqında danışıb.
ANS PRESS-in məlumatına görə, Aristi Sipras oğlunun normal qidalanmadığından şikayyətlənib.
“Oğlum neçə gündür ki, düz-əməli yemək yeyə və yata bilmir. Amma başqa çıxış yolu yoxdur. Çünki oğlum ona güvənən insanlara borcludur”.
Anareferondumdan sonra oğlunu çətin günlər yaşadığını və onun hətta öz övladlarına belə vaxt ayıra bilmədiyini söyləyib.
“Mən də oğlum qədər yorulmuşam və depresiyadayam. Üç gündü yatmıram. Ağlımda yalnız Aleksis var. Elə bilin ki, kürəyimdə bir ölkənin yükü var” - deyə Aristi Sipras öz vəziyyəti haqqında da məlumat verib.
Avrozona ölkələrinin çətin şərtlərinə baş əymək istəməyən Yunanıstan höküməti 13 İyulda 17 saat davam edən danışıqlardan sonra islahatlar paketini qəbul etməyə razı salındı.
Yunaıstan üçüncü yardım proqramına zəmanət üçün 50 milyard avroluq fond yaradılmasına razılaşıb. Avroqrupun sədri Yerun Deysselblum deyib ki, Yunan aktivlərinin toplanacağı bu fond Yunanıstanda yerləşəcək. Yunanıstan parlamentində səsverməyə çıxarılan islahatlar paketi səs çoxluğu ilə qəbul edildi. Paketin qəbulu Afina küçələrinədəixtişaşlara səbəb olub.
Etirazlara baxmayaraq keçirilən sorğulardan məlum olur ki, əhalinin 70 faizdən çoxu parlamentdə qəbul edilən qanunun qəbul edilməsini istəyiblər.