20 İyul 2015 15:05
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Gümrüdə Rusiya hərbi bazasının əməkdaşının iştirakı ilə yol qəzası baş verib.

27 yaşlı Aleksandr Qalentyev içkili vəziyyətdə idarə etdiyi “Mersedes” markalı maşınla 3 avtomobilə dəyib. Hərbçi “Gümrü” tibb mərkəzinə yerləşdirilib.

Mərkəzin direktor müavini Armen Xaçatryan bildirib ki, hərbçi ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Vilayət prokuroru Raffi Aslanyan isə qeyd edib ki, Hərbi polis hadisəylə bağlı araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər