20 İyul 2015 16:10
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimal və dağlıq rayonlarında güclü yağışdan sonra yaranmış daşqınlar ən azı 11 nəfərin həyatına son qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həlak olanlar arasında bir çinli də var. Verilən məlumata görə, daşqınlar içərisində insanların da olduğu minumum 20 avtomobili sürüyüb aparıb. İtkin düşənlərin adları açıqlanmır.

Qeyd edək ki, İranın şimal rayonlarına güclü yağış bazar günü axşamdan yağmağa başlayıb. Tehran, Alborz və Qəzvində axtarış əməliyyatları başlanılıb.


Müəllif:

Oxşar xəbərlər