21 İyul 2015 08:56
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adıyaman vilayətində PKK terrorçuları türk əsgərlərinə hücum edib.


Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir ki, terrorçularla jandarma qüvvələri arasında baş vermiş atışadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

Bildirilir ki, atışma zamanı bir əsgər şəhid olub, ikisi isə yaralanıb. Yaralıların son vəziyyəti barədə hələlik açıqlama verilmir.

Əsgərlərlə PKK terrorçuları arasında atışmalar davam edərkən əraziyə xüsusi təyinatlılar göndərilib.

Terrorçular döyüşə-döyüşə meşəyə çəkiliblər. Xüsusi təyinatlı qüvvələr bölgədə əməliyyatları davam etdirirlər. Hələlik müşədə terrorçuların sığındığı yerlər aşkar edilib. Burada çox sayda silah-sursat tapılıb.

Son məlumatlara görə, Türkiyənin Kilis vilayətində isə İŞİD terrorçu qruplaşmasının üzvü tutulub.

Ümumilikdə isə bu gün ərzində Suriyadan Türkiyəyə qeyri qanuni yollarla keçməyə çalışan 652, Türkiyədən Suriyaya keçəyə çalışan 2, İrandan Türkiyəyə keçən 9, Türkiyədən Yunanıstana qaçmaq istəyən 50, Bolqarıstandan Türkiyəyə gələn 3 nəfər saxlanılıb.


Müəllif:

Oxşar xəbərlər