Türkiyənin Şanlıurfa bölgəsinin Suruç şəhərində Amara mədəniyyətmərkəzi qarşısındakı bombalı terror hücumuna etiraz əlaməti olaraq, Hollandiyada aksiya keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər Türkiyənin Haaqa Səfirliyinin qarşısındakı Malieveld meydanında toplaşıblar. Daha sonra bir qrup etirazçı səfirlik binasına hücum edib. Nəticədə binanın pəncərələri və giriş qapısı sındırılıb.
Holland polisi bir neçə nəfərin saxlanıldığını, bina önündə təhlükəsizlik tədbirlərinin gücləndiyini bildirib.
Samir